new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 26 » Virtual həyatda quruyan dilimiz…
22:30
Virtual həyatda quruyan dilimiz…

Fərdin özünü təsdiq etməsində, müəyyən qrup insanlar arasında sərbəst davranmasında və ən nəhayət qarşısındakı ilə normal münasibət qurmasında ünsiyyət bacarıqları mühüm rol oynayır. İnsanlar bu kimi keyfiyyətlərə malik olmadıqda müəyyən problemlərlə qarşılaşırlar. Ona görə də, real həyatda uğurlu alınmayan ünsiyyət prosesini virtual həyata köçürərək pozulmuş balansı bərpa edirlər. Təsadüfi deyil ki, çoxumuz kompüter arxasında əyləşərək, ürəyimizi asanlıqla qarşıdakına açırıq, hisslərimizi paylaşırıq.


Virtual ünsiyyət bizə daha sərfəlidir. Çünki, yaratdığımız bu "quru dünyada” yalnız hərflər hökmranlıq edir. Virtual dünyamızda başımıza bəla açan jestlərimiz, mimikamız, səsimizin qırılması, tutulub-qalmaq və s. kimi hallar yoxdur: burada hər şey daşlaşıb, insan nəfəsindən, hisslərindən əsər-əlamət yoxdur. Bəşər övladına da elə bu lazımdır ki, daşlaşmış dünyada "sosiallaşmağa” başlasın!

Özüm də virtual dünyanın daimi sakini olduğum üçün onun əleyhinə deyiləm. Amma niyə biz insanlar, üz-üzə olanda söhbətdən çəkinməli, qarşı-qarşıya əyləşərək ürəyimizi açmamalıyıq?! Real həyatda sosiallaşaraq, insanlarla ünsiyyətə girərək həyatımıza niyə rəng qatmamalıyıq axı?! SMS vasitəsilə hal-əhval tutmaqdansa, bir-birimizin səsini eşitmək daha maraqlı deyilmi?! "Üzr istəyirəm!” sözünü görüşərək demək (düzdür bu bir az çətindir   ), daha effektli deyilmi?! Görünür yox…


Yadımızdan çıxartmamalıyıq ki, özünü sosial rola sahib olan, əhəmiyyətli və sosiallaşmış şəxs kimi hesab edən hər bir insan, real həyatda ünsiyyətdən qaçmamalı, insanlardan qorxmamalı, komplekssiz olmalı, fikrini aydın və səlis ifadə etməyi bacarmalıdır.

Bu cür problem yaşayanlar elə indidən öz üzərlərində işləsələr, bütün komplekslərinə son qoymuş olarlar və gələcəkdə gülünc vəziyyətə düşməzlər. Dediklərimə əməl edən şəxslər, gələcəkdə deputat filan olmaq istəyəndə uğur qazanmış olarlar. Əks təqdirdə isə, "Parlament-2010”-dakı namizədlər kimi dilləri topuq vuracaq, nə dediklərini özləri belə anlamayacaq, boğazları quruyacaq və vaxtı saxlamalı olacaqlar  .




Просмотров: 864 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz