new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » Renglerin menalari
18:30
Renglerin menalari

Hər birimiz günlük həyatımızda,geyimlərimizdə,dizaynlarda bir çox rənglərdən istifadə edir və bir neçə rəngdən də xoşumuz gəlir.Lakin hər birimizin seçdiyimiz və çox sevdiyimiz bir rəng var.Rənglərin psixoloji təsirləri olduğundan seçdiyimiz rənglər şəxsiyyətimizi,hadisələrə münasibətimizi,iç dünyalarımızı göstərirlər.Ən çox işlədilən rənglər,anlamları və təsirləri belə sıralanır:
Qırmızı:Canlılıq,dinamizm,xoşbəxtlik,eşqi təmsil edir.Gördüyünüz bir işdə nə qədər əzimli və qərarlı olduğunuzu göstərə biləcəyiniz bir rəngdir.Qırmızı sevən insanlar tez həyəcanlanır,tez əsəbiləşir.Tənbəlliyi sevmir,başqalarının düşüncələrinə elə də fikir vermirlər.Cəsarət və sosiallıqları ilə seçilirlər.
Qara:İdarəetmə,güc,zərafət kimi çox mənası var.Qara sevənlər fikir azadlığına önəm verirlər.Sərt olduqlarına görə ətrafındakılara soyuuq davranırlar.Bu daonları neqativ bir insan kimi göstərir.Yaxından tanıdıqdan sonra isə çox yaxşı,dürüst bir dost olduqları ortaya çıxır.Vacibli qüsurlarından biri hər zaman idarəetmə istəkləri və ətrafındakılara dayanmadan məsləhət vermələridir.
Ağ:Saflığı,təmizliyi və məsumiyyəti təmsil etdiyinə görə gəlinlik seçimlərinin vazkeçilməz rəngidir.Bundan əlavə,canlılıq verən pozetiv bir enerjisi var.Ağ sevənlər həyəcanını göstərməyən,sakit insanlardır.Özlərinə güvənirlər.Nəzakətlidirlər.Dəb-dəbəni sevmirlər.Səs-küyü sevmədikləri üçün evlərində keçən vaxtlərını ən xoşbəxt anları hesab edirlər.
Mavi:Mavi,sıxıntı,üzüntü,eyni zamanda güvən və sədaqəti təmsil edir.Bu rəngi sevənlər məsuliyyətlidirlər.Ətrafındakılara qarşı olduqca diqqətcildirlər,comərddirlər və buna görə də çox sevilirlər.Hər zaman nədənsə qorxurlar.Sabit fikirli olduqları üçün həmin qorxulardan yaxa qurtarmaqda çətinlik çəkirlər.
Yaşıl:Yenilənməyi,təbiiliyi və yaşamı təmsil edir.Təmizqəlbli,itizəkalı,əylənməyi sevən insanların rəngidir.Və eyni zamanda seyid rəngidir
Sarı:Parlaqlıq və istilik hissi verir.Rahatlığı və aydınlığı təmsil edir.Sarı rəngi seçənlər çox danışmağı və dedi-qodunu sevirlər.Öz-özlərində neqativ olmasalarda hər şeyi öyrənmək,bilmək üçün hər zaman danışmaqlarına görə bu insanlarla yaşamaq bəzən çox çətin olur.
Narıncı:Xoşbəxtlik,sağlamlıq və gücü təmsil edir.Narıncı çox vaxt istilik hissi verir və iştahı açır.Gülərüz,istiqanlı insanların rəngidir.Ətrafındakılarla necə davranacaqlarını bildikləri üçün onları dava edərkən görmək demək olarki imkansızdır.
Bənövşəyi:Səviyyəni,luksu,zərafəti və zənginliyi təmsil edir.Bundan əlavə romantizmin rəngidir.Bu rəngi sevənlər üçün rahat yaşamaq çox vaciblidir.Hər zaman hər kəslə yaxınlıq qurmurlar.Ətrafındakıları səviyyələrinə görə seçirlər.Lakin bu insanları istifadə etmək üçün deyil sadəcə yüksək səviyyəli olduqları üçün seçirlər.
Çəhrayı:Çəhrayı deyəndə ağıla ilk romantizm gəlir.İnsaları sakitləşdirməyə qadir bir rəngdir.Çəhrayını sevənlər həyatı sevən,həyatdan zövq almağı bacaran insanlardır lakin hisslərini yüksək səviyyədə ifadə etmirlər.Lazım olanda ciddi olur həyatın sadəcə əyləncədən ibarət olmadığını bilirlər.
Boz:Ağıl,bacarıq,səssizlik və çalışqanlığı təmsil edir.Bu rəngdən tez-tez istifadə edənlər hisslərini ifadə edə bilmirlər.Gördükləri işdə ən yaxşı olmağa çalışırlar.
Qəhvəyi:Güc,inam və sağlamlıq hissi verir.Təbiiliyin və rahatlığın rəngidir.Bu rəngdən tez-tez istifadə eən insanlar sakit insanlarıdır.Dəb-dəbəni xoşlamırlar.Bəzən çox xəsis olurlar.Qaşılarına çıxan bütün əngəlləri dəf edirlər.

Просмотров: 2113 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz