new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » "Qarşındakını kəşf et" Mənim baxış prizmamda
18:36
"Qarşındakını kəşf et" Mənim baxış prizmamda

İnsanı tanımaq...
 Bir az dərindən düşünsək görərik ki, insanı tanımaq o qədər çətin deyil. Yetərki bunu görəcək göz + qaçılmaz nuansi tutacaq diqqət + analiz sintez bacarığı olan zəkaya sahib olasan. Qarşındakı insan obrazda olmasına rəğmən onu kitab tək oxuya bilərsən. İnsan tanımağın baza şərtləri:
 1) Heç vaxt tanımaq istədiyin insana Dost, tanış, əziz birisi kimi baxmamalısan. Sadəcə bir insan. Yox, əksini etsən o zaman gördüyün mənfilərin bir qismini müsbətə yozacaqsan. Bir qismini gözardı edəcəksən. Hər kəsə bir kitab tək yanaş.

2) Birini tanımaq istərkən sən sakit olmalısan. Əsəbi, həyəcanlı ikən verilən qərar nəticələr göstərir ki, çox vaxt reallığa uyğun olmur. Sakit bir guşəyə çəkil və Düşün, Analiz et.

 3) Çin fəlsəfəsinə görə özünə qalib gəlsən başqalarına da qalib gələ bilərsən. Bu mənada bax gör sən özünü tanıya bilirsənmi? Axı səndə tanınmalı insansan. Öz mənfilərini tapıb özünü qınayacaq zəka + cəsarətə sahib olmadan başqa birində heçnə tapa bilməzsən.

 4) Xarakterlerin qanunauyğunluğu — qohum xarakterlər var. Yəni bir xarakteri aşkar etməklə sən başqa bir xarakteri o insanda görmədən tapa bilərsən. Misal üçün əgər qarşındakı eqoist isə, deməli bu insan səmimi ola bilməz. Niyə? Çünki səmimi insan hərşeyi olduğu kimi görür və deyir. Eləcədə özü ilə bağlı. Eqoist insan özünü pisləyər? Yox. Axı daxilindəki eqo onu özüyçün mükəmməl edib. Üstəgəl eqoist insan tez tez müsbət rolda olar. Təəcüblənməyin. Guya qayğıkeş, ürəyiaçıq bir insandır. Əslində bu taktiki manevrdir. Çünki eqoları onlara məcbur edirki kimlərinsə gözündə hörmətli, rəğbətli olsun. Və buna görə bəzən «YAXŞI İNSAN» rolunda görünərlər.

 5) İnsanı müşahidə et. Təcrübəmə əsaslanıb deyə bilərəmki insanı tanımaq üçün müşahidə çox vacibdi. Əl əxsus sənin rol almadığın bir epizodda onu izlə. Bədən dili deyilən bir məfhum da var. Bir insan nə qədər obraza girsədə bədəni «XƏBƏRÇİ»-si olacaq. Yəni saxta gülüşlər, üz mimikası, əl-ayaq hərəkətləri belə bədənin harmoniyasını pozaraq o insanın başqa gizli cəhətlərin üzə çıxaracaq.

 6) Belə bir fraza var: Dostunu göstər deyim kimsən. Dost amili çox önəmlidi. Mənim bu movzudakı baza prinsiplərimdən biridə budurki necə gülə arı yaxınlaşdığı kimi, zibilə də milçək yaxınlaşır. Əgər siz qarşınızdakı insanın Gül, yaxud milçək olduğun ayırd edə bilmirsinizsə ona yaxınlaşların «Milçək yoxsa Arı » olduğuna baxın. Arı zibilə yaxınlaşmaz. (P.S Söhbət bal arısından gedir)

 7) Ən əsası… Əsla kimsə haqda hansısa an, nüans, məqam, zamana görə Qiymətləndirmə aparmayın. Bu tamam yanlışdı. Unutmayın insan müeyyən an, məkan, şərt və insana görə başqa reaksiya, xarakter göstərə bilər. Bu o anın, məkanın və insanın zərurətindən doğa bilər. İnsanı bayaq kitaba bənzətmişdim. Bu kitabın bir vərəq, fəslin oxumaqla kifayətlənməyin.
 Sonda: Əgər siz sıfırdan birini tanıya bilmişsinizsə demək sizin yetərincə zəkaya, diqqətə, səbrə və ən əsası həyat təcrübəsinə sahib olduğunuzu deyə bilərik.

Просмотров: 599 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz