new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » Heyvanlar haqqında maraqlı məlumatlar
18:35
Heyvanlar haqqında maraqlı məlumatlar

Aslanlar meşələrdə deyil, açıq otlaq ərazilərdə yaşayarlar.
Bir qartal balası bir maralı öldürüb onunla birlikdə uca bilir.
Quşların tükləri elektriki keçirmədiyi üçün ildırım çarpma riski daşımazlar.
Fillərin qulaqlarının böyüklüyünün daha yaxşı eşitmələri ilə bir əlaqəsi yoxdur. QulaqlAr soyuducu vəzifəsini yerinə yetirirlər.
Pinqvinlər bir getmək üçün bir də dayanmaq üçün enerji xərcləyərlər. Buna görə də kilometrlərlə yorulmadan məsafə qət edə bilərlər.
Bir itin burnu o qədər həssasdır ki bir vedrə dolu su ilə içində bir çay qaşığı duz qarışdırılmış bir vedrə dolu suyun qoxusunu ayırt edə bilər.
Ağcaqanadların yaydıqları xəstəlikdən ölən insanların sayı indiyə qədər edilmiş bütün döyüşlərdə ölən insanların sayından daha çoxdur.
Delfinlər yatarkən dairələr çəkər, dairənin xaricinə baxan gözləri ovçuları müşahidə etmək üçün açıq dayanmaqdadır. Müəyyən bir müddət sonra dönüb əksinə istiqamətə dairələr çəkməyə davam edər və digər gözlərini açarlar.
Köpək balıqları ömürləri boyunca üzmək məcburiyyətindədirlər çünki dayansalar batarlar.
Bir əqrəb tərəfindən sancılmaq ehtimalınız 2 milyonda 1-dir.
Sürətindən bir cizgi filminə mövzu olmuş Roadrunner saatda 34 km sürətlə qaça bilərkən dəvəquşu saatda 70 km sürətə çata bilər.
Ümumi qanının əksinə, zebrlər qara və ağ xəttlərə sahib deyildirlər. Əslində ağ dərilərinin üzərində qara xəttlər iştirak edir.
Fillər öldükdən sonra da dörd ayaqları üzərində qala bilərlər.
Ala qarğa duş qəbul edəcək su tapa bilmədiyində bir qarışqa yuvasının üzərinə oturar. Qarışqaların dəvətsiz qonağın üzərinə ifraz etdikləri turşu ilə qarğanın tüklərini təmizləyər və tükləri arasında gəzən parazitləri öldürərlər.
Bir mavi balinanın dilinin ağırlığı, bir filin ağırlığı qədərdir.
Qırxayaq növünün əslində 20 ilə 6000 arasında dəyişən ayaq sayı vardır. Bu növə yalnız Asiyalılar "qırxayaq" deyər. Fransızlar isə "minayaq" deyər.
İlbizlərin yuxuları 12 il davam edə bilər.
Toyuq, yumurtasının qabığını qidalardan götürdüyü kalsium ilə meydana gətirər. Əgər toyuq kifayət qədər kalsium götürə bilməmişsə bu əskiyi öz sümüklərindən qarşılayar. Bir toyuq yumurtaları üçün lazımlı kalsiumu təmin edə bilmək üçün bir gündə bütün sümüklərinin yüzdə 10-unu istifadə edə bilər.
Bir köpəkbalığı 100 milyon damla dəniz suyu içindəki, 1 damla qanı ayırt edə bilər.
Bazar günü doğulmuş bir milçək Çərşənbə günü baba olacaq.

Просмотров: 1548 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 Aylin Memmedzade   (27.12.2013 19:29) [Материал]
Evliyem 2 evladim var, hec bir yerde islemirem

dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz