new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 26 » “Facebook”da yeni yaradılmış “Timeline” funksiyasına keçmək üçün –
21:31
“Facebook”da yeni yaradılmış “Timeline” funksiyasına keçmək üçün –

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook” istifadəçilərinin şəxsi məlumatlarının görüntüsünü dəyişəcək.
Şəbəkənin yaradıcısı Mark Zukerberqin F8 konfransında bildirdiyinə görə istifadəçinin səhifəsi "vaxt şkalası” şəklində olacaq.
Şkala istifadəçinin həyatındakı vacib hadisələri, şəkilləri, yazıları, xəritədə işarələmələri və s. göstərəcək.
Şkala illərə görə ardıcıllıqla düzüləcək. Beləliklə, istifadəçi məsələn, uşaqlıq şəklini yükləyərək şkalada
şəklin çəkildiyi ili qeyd edə biləcək. İstifadəçinin səhifəsininin yuxarı hissəsində avatarla bərabər,
onun şəkli də böyük ölçüdə göstəriləcək.

İkinci yenilik "Sosial tədbiqetmələr”-ə aiddir. "Sosial tədbiqetmələr” "bəyəndim” düyməsinə oxşayır.
Kinofilmlər üçün tədbiqetmələr istifadəçinin hal-hazırda hansı filmə baxdığını,
kitablar üçün tədbiqetmələr istifadəçinin hansı kitabı oxuduğunu və s. göstərəcək.
Bu ortaq maraqların öyrənilməsi üçün nəzərdə tutulub.

"Facebook” sosial şəbəkəsinin rəsmi bloqunda bu tədbiqetmələrin bəzilərinin 22 sentyabrdan istifadəyə verildiyi,
yeni vaxt şkalası görünüşlü profilin isə yaxın həftələrdə tədbiq olunacağı bildirilib.

Yeniliklərin sosial şəbəkənin mobil versiyası üçün də nəzərdə tutulduğu bildirilib.

"Facebook”dakı yeniliklər bununla kifayətlənməyəcək.
İstifadəçilər artıq "Face”də televiziya kanallarını da izləyə biləcəklər.
Sosial şəbəkədə televiziya izləmək imkanı "Netflix”ə çıxışı olan 44-45 ölkədə mümkün olacaq.
"Facebook”da yeni funksiya "Timeline” ("Vaxt şkalası”) artıq yaradılıb.
"Timeline”-da istifadəçinin həyatındakı vacib hadisələr, şəkillər, yazılar, xəritədə işarələmələri və s. göstərlir.
İstifadəçinin səhifəsininin yuxarı hissəsində avatarla bərabər, onun şəkli də böyük ölçüdə göstərilir.
"Timeline”-da istifadəçi bir neçə il öncə yazdığı statusları, şəkilləri rahatca görə bilir.
Sadaladıqlarımız "Timeline”nın sadəcə cüzi üstünlükləridir.

Yəqin ki, bir çoxunuz "Facebook”un yeni möhtəşəm funksiyalarından istifadə etmək üçün can atırsınız.
Bu funksiyanı aktivləşdirmək üçün keçməli olduğunuz 8 addımı sizə təqdim edirik.

Aşağıdakı təlimatları yerinə yetirərək yeni "Facebook”a qovuşa bilərsiz.

1. "Facebook"da "Ev" ("Home") səhifəsinin aşağı hissəsindəki "Yaradıcılar" ("Developers") bölməsinə
daxil olun və "icazə vermək" ("allow") düyməsini tıklayın.

2. "Yeni tətbiqetmə yarat" ("Create new app") variantını seçin.

3. Qarşınıza iki seçim çıxacaq, onları istədiyiniz kimi adlandıra bilərsiniz.
Məsələn, öz ad və familiyanızı daxil edin. Adlandırdıqdan sonra "Platformanın məxfilik
siyasəti ilə razılaşıram" düyməsini, daha sonra isə "davam et" düyməsini basın.
Ondan sonrakı mərhələdə ekranda verilən hərf və ya rəqəmləri daxil edin və digər mərhələyə keçin.

4. Qarşıya yeni ekran çıxacaq, bu zaman solda yerləşən "Open Graph" variantını seçin.




5. "Get Started with Open Graph" adlı növbəti variantı istədiyiniz kimi doldurun.
Daha sonra isə "başla" ("Get Started") düyməsini tıklayın.

6. Daha sonra ekranda, heç bir şeyə toxunmadan aşağıdakı "Dəyişiklikləri yadda saxla
və növbəti" ("save changes and next") düyməsini tıklayın, növbəti səhifədə də eyni əməliyyatı
təkrarlayırıq (bu dəfə "yadda saxla və bitir" ("save and finish") düyməsini tıklayın).

7. Növbəti dəfə yeni ekran açılacaq. Burada bir neçə dəqiqə gözləyin, daha sonra isə
"Facebook"un ana səhifəsinə qayıdın. Bu zaman sizə "Timeline"-ı aktivləşdirmək üçün dəvət gələcək.
Əgər bu dərhal gəlməsə, səbrli olun. Çünki bəzən dəyişikliklərin qüvvəyə minməsi üçün bir-neçə dəqiqə lazım olur.

8. "Facebook" səhifənizə qayıtdıqda, "Get it now" düyməsinin üstünə tıklayın.

Yeni "Timeline"la tanış olun.



 





Просмотров: 338 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2017Создать бесплатный сайт с uCoz