new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 28 » Dahilərin dilindən 15
19:56
Dahilərin dilindən 15


Sahili gözdən itirməyə cəsarət etmədikcə insan yeni okeanlar kəşf edə bilməz.Andre Gede
***
Qürur belə bağlanan daş kimidir, onunla nə üzülər, nə də uçular.Hacı Bayram-ı Vəli
***
Kim elm axtarışı yolunda olsa, cənnət də onu axtarma yolunda olar.Hz. Əli (r.ə.)
***
Kitablar, mənim sevimli dostlarım, gerçək yol göstərənlərimdir. Çünki ikiüzlülük etmədən mənə vəzifəmi xatırladarlar.Benjamin Franklin
***
Kitablardan əvvəl özümüzü oxumağa çalışaq.Mövlana
***
Qonşunla dalaşma, qonaq gedər o qalar.Hz. Əbu Bəkir (r.ə.)
***
Qonşunu sev amma aranızdakı divarını yıxma.G. Herbert
***
Pessimistlik xərçəngdən daha təhlükəli bir xəstəlikdir.Muhsin Ərtoğrul
***
Qurbağanı kresloya oturtsansa, o yenə palçığa atlar. Arthur Millər
***
Hiyləgər insanlar, oxumağı kiçik hesab edərlər, sadə insanlar ona heyran olarlar ağıllı insanlar isə ondan faydalanarlar.Francis Bacon
***
Kiçik işlərə gərəyindən çox əhəmiyyət verənlər, əlindən böyük iş gəlməyənlərdir.Əflatun
***
Metodu olan topal, metodsuz qaçandan daha tez irəliləyər.Francis Bacon
***
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu paylaşmaqdır.Byron
***
Xoşbəxtliyin dəyərini, onu itirdikdən sonra anlarıq.Plautus
***
Xoşbəxtlik əlin çata biləcəyi çiçəklərdən bir buket etmə sənətidir.Goddar
***
Xoşbəxtlik hər şeydən əvvəl bədən sağlamlığındadır.Curtis
***
Nə qədər acənacaqlı bir dövrdə yaşayırıq, bir ön mühakiməni ortadan qaldırmaq atomu parçalamaqdan daha çətindi.Albert Eynşteyn
***
Nə qədər yüksəlsən, uçmağı bilməyənlərə o qədər kiçik görünərsən.Nietzche
***
O da qazi olmaq istədi, lakin ona izah etmək gərək idi ki, şəhid olmağı gözə ala bilməyən qazi ola bilməzdi.Arif Nihat Asiya
***
Elə yaşamalısan ki, öldüyün zaman tabutunu hazırlayan belə matəm tutsun.Mark Twain
***
Oxumaq ruhu ucaldar.Volter
***
Öyrənmək, axıntıya qarşı üzmək kimidir irəliləyə bilmədiyiniz təqdirdə geriləyərsiniz.Çin Sözü
***
Öyrətmək, iki dəfə öyrənmək deməkdir. Joured
***
Əvvəl doğrunu bilmək lazımdır, doğru bilinsə səhv də bilinər: amma əvvəl səhv bilinsə doğruya çatıla bilməz.Farabi
***
Əvvəl öz gedəcəyin yolu öyrən sonra öyrətməyə qalx.Buddha
***
Təbliğat elə bir sənətdir ki, insan başqasının ayağına basarkən özü "ah" deyər.Bob Hope
***
Səadət bizim arzuladığımızla, Allahın bizim üçün arzuladığı şeyin bir araya gəlməsindən doğular.C. Roy
***
Səhər itirəcəyin bir saatın bütün gün zərərini çəkərsən.William Whately
***
Saf məntiqi düşüncə, dünyanı anlamamız üçün kafi deyil. Həqiqətə bağlı bütün məlumatlar təcrübəylə başlar, təcrübəylə bitər. Saf məntiqi bir çərçivə içində təqdim edilən görüşlər boş bir həqiqətdir.Shirley Mc Lyne
***
Sənətin vəzifəsi, təbiəti köçürtmək deyil, təbiəti ifadə etməkdir.Balzac
***
Döyüşün yaxşısı, barışın pisi yoxdur.Benjamin Franklin
Просмотров: 904 | Добавил: new-baki | Теги: Dahilərin dilindən 15 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz