new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » Bir ömür boyu sevə bilənlər üçün...
18:41
Bir ömür boyu sevə bilənlər üçün...


Məhkəmədə səksən yaşlarında yaşlı cütlüyün vəziyyəti ürək ağrıdırdı.
Adam inadcıl baxışlarla, susqun nənənin ağlamaqdan çuxurlaşmış gözlərini və bezgin baxışlarını süzürdü. Hakim səsiylə, yaşlı qadına: "İzah et xala, niyə boşanmaq istəyirsən?
"Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra yaylıqla ağızını aralayıb, qısılmış səsiylə danışmağa başladı: "Bu insan 50 ildir bezdirdi həyatdan."
Sonra uzun bir səssizlik hakim oldu, məhkəmə salonunda.
Səssizlik, bu cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşıyla pozuldu. Kim bilər necə bir başlıq atacaqdılar, yaşanmıs 50 ildən sonra? Çox sayda jurnalist izləyirdi iddianı. Qadın nələr deyəcəkdi? Hər kəs, onu dinləyirdi.
Yaşlı qadının gözləri doldu və davam etdi: Bizim bir sədəf çiçəyi vardı, çox sevdiyim. O bilməz. 50 il əvvəl idi. O çiçəyi mənə verdiyi çiçəklər arasından qopardığım bir yarpağı tohumlamıştım, elə böyütdüm.
Balamız olmadı onları balam bildim. Bir müddət sonra çiçək qurumağa başladı.
O zaman əhd həsr etdim. Hər gecə günəş doğulmamışdan əvvəl, bir qab suyla sulayacağam onu. 50 il oldu, bu insan bir gecə qalxıb bir dəfə də bu çiçəyi mən sulayım demədi.
Taa ki keçən gecəyə qədər. O gecə taqətim kəsilmiş yatıb qalmışdım. Mən, belə bir adamla 50 il keçirdim.
Həyatımı, ümidimi, hər şeyimi verdim. Ondan heç bir şey görmədim.
Bir dəfə olsun, mənim bildiyim vəzifələrdən birini etməsini gözlədim. Onsuz daha yaxşıyam, and içərəm

Hakim yaşlı adama dönərək:
"Deyəcəyin bir şey varmı, bəy?" dedi.
Yaşlı adam çəliklə çətin getdiyi kürsüyə, o ana qədər günahlandırılmağın utancaqlığını hiss etdirən üz ifadəsiylə, hakimə yönəldi.
Danışdı: "Əsgərliyimi Reisicumhur köşkündə bağban olaraq etdim. O bağçanın, görkəmli görünüşüylə böyüməsi üçün əməklərimi verdim.
Fadiməmi də orada tanıdım. Sədəfləri də. Ona ən gözəl çiçəklərdən buketlər verdim. İlk evləndiyimiz günlərin birində, boyun ağrısı səbəbiylə, onu həkimə apardım, həkim çox uzun müddət oyanmadan yatsa, boyundakı əhəng sərtləşər, pisləşər dedi.
Hər gecə yuxusunu bölüb oyansın, gəzişsin dedi.
Həkimi çox dinləmədi bizim xanım.
Sözüm keçmədi.
O günlərdə, təsadüf, bu çiçək qurumağa üz tutdu.
Mən ona: "Gecə çiçək sulasan, keçər", dedim. Əhd dilətdim...
Hər gecə onu oyandırdım və onu seyr etdim. O sevdiyim qadını, balası bildiyi çiçəkləri sularkən seyr etdim. Hər gecə, o çiçək mən oldum sanki..." dedi adam
O yaşdakı bir adamdan gözlənilməyəcək ifadələrlə...
"Hər gecə, o yatdıqdan sonra oyandım. Saxsıdakı suyu boşaltdım. Sədəf, gecə sulanmağı sevməz, hakim bəy... Keçən gecə də. Yaşlılıq. Mən də oyana bilmədim. Oyandıra bilmədim... Çiçək susuz qalardı, amma qadınımın boyu yenə xəstəlikdən lap pis ola bilərdi...
günahlandırıldım. Səsimi çıxarda bilmədim."
O anda jurnalistlər daxil, məhkəmə salonundakı hər kəs ağlayırdı...


Просмотров: 660 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2017Создать бесплатный сайт с uCoz