new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » Dünyanın ən təhlükəli 10 ilanı
18:25
Dünyanın ən təhlükəli 10 ilanı

Kral kobrası (latın-Ophiophagus hannah və ya Naja bungarus)

Kral kobrası cinsinə aid heyvan növü.Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir.



Qara mamba (latın-Dendroaspis polylepis)

Aspidlər fəsiləsinə aid son dərəcə təhlükəli və zəhərli ilan növü. Əsas vətəni Afrika olan bu ilan növü kral kobradan yalnızca uzunluğuna görə fərqlənir və sıralamada ikinci yeri tutur. Orta uzunluğu 2.5-4 metrə bərabərdir. Qara mambaların adı ağızlarının içinin qara rəng olması ilə bağlıdır. Bu ilanlar quruda yaşayan ən sürətli ilanlardır-belə ki onlar saatda 20 km. sürətlə hərəkət etməyə qadirdirlər.



Inland Taipan (latın-Oxyuranus microlepidotus)

Aspidlər fəsiləsinə daxil olan İnland Taipan dünyanın ən zəhərli üçüncü ilanı kimi tanınır. Onu pulcuqlu və yaxud tikanlı ilan da adlandırırlar. Yalnız Avstraliya ərazisində yaşayırlar və müəyyən olunmuşdur ki bu ilanlar öz zəhərlərini 5 metr uzaqlığa atmaq qabiliyyətinə malikdirlər.



Taipan(latın- disambiguation)

Aspidlər fəsiləsinə mənsub olan sürətli və olduqca zəhərli Avstraliya ilanı. Cins adı Oxyuranus olaraq bilinir. Mənası isə yunan dilindən tərcümədə oxys(iti) və oura(quyruq) deməkdir. Taipanların üç növü məlumdur: Quru taipanı, İnland taipanı və Papua Yeni Qvineya taipanı.



Mərcan ilanı(latın- Micruroides)

Aspidlər fəsiləsində yer alan böyük bir ilan qrupu. Köhnə Dünya və Yeni Dünya mərcan ilanları olmaqla iki qrupa ayrılırlar. Köhnə Dünya mərcan ilanlarının yalnızca bir cinsə aid 11 növü, Yeni Dünya mərcan ilanlarının isə üç cinsə mənsub cəmi 65 növü mövcuddur. Gününün çox hissəsini torpaq altında keçirdiyi üçün qazıcı bir ilan növü kimi tanınmaqdadır.



Pələng ilanı(latın- Notechis)

Avstraliyanını cənub bölgələrində, sahil ərazilərində və Tazmaniyada yaşayan bir ilan növü. Dəyişkən rənglərə sahibdir üzəri pələnglərdə olduğu kimi zolaqlarla örtüldüyü üçün bu cür adlandırılmışdır. Pələng ilanının zəhərində güclü norotoksin, koagulant, hemolisin ve myotoksin mövcuddur. Bu ilan tərəfindən sancılan insanda boyun və ayaq bölgəsində uyuşma, tərləmə, nəfəs almada çətinlik və sonda iflic müşahidə olunur. Təcili yardım göstərilməzsə ölüm təhlükəsi 40%-dir.




Avstraliya İlanı(latın-miftaounegon)

Avstraliyada ən geniş yayılmış sürətli ilan növü. Müəyyən olunmuşdur ki bu ilanların zəhərinin 14.000-də 1 hissəsi bir insanın ölümünə yol aça biləcək gücdədir.



Anakonda(latın- disambiguation)

Anakonda, yaşıl anakonda, su anakondası kimi növlərdəm mövcud olub Venesuela, Braziliya kimi ərazilərdə yaşayır. Uzunluğu 8-10 metrə qədər olan anakondalar dünyanın ən böyük və ən uzun ilanlarıdır. Qidasını əsasən timsah, maral, digər anakondalar və s. təşkil edir.



Tüpürən Kobra(latın- chemosis və ya corneal)

Tüpürən kobra bir çox kobra növünə verilən ortaq addır. Ovçulara qarşı özlərini müdafiə edərkən dişlərindən zəhər püskürtmək qabiliyyətinə sahibdirlər. Püskürtülən zəhərin dəriylə təması zərərsizdir. Ancaq gözlə təmasdan dərhal sonra müdaxilə edilməzsə qalıcı korluğa səbəb ola bilər. Bu ilanlar hətta öz zəhərlərini 2 metrə qədər məsafəyə atmağa qadirdirlər.



Qat-qat gürzə(latın-Bitis arietnas)

Zəhərli bir gürzə növüdür. Ərəbistanın qərbindən Fasa qədər, eləcə də yağış meşələri xaric olmaqla Afrikanın bütün səhra, çöl-səhra və savannalarında yaşayırlar. Geniş yaşama ərazisi, böyüklüyü, güclü zəhəri və dişləmə qabiliyyətinə görə Afrikadakı digər ilanlardan daha çox ölüm təhlükəsi yaradırlar

Просмотров: 1205 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz