new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 25 » 2011-2012-də bəşəriyyəti nələr gözləyir: Dünyanın sonuna bir il qalır?!
18:27
2011-2012-də bəşəriyyəti nələr gözləyir: Dünyanın sonuna bir il qalır?!

Azərbaycanın qarşıdakı uğurları, böhranın və müharibələrin sonu, Günəşin kükrəməsi və ... Yerin məhvi... Sona 1 il qalmış nə etməliyik?
Joy.Az xəbər portalı bü gün dünyanı düşündürən ən aktual mövzudan - 2012-ci ildə Yerdəki həyatın sona çatması ehtimallarından, bəşəriyyəti gözləyən fəlakətlərdən və qarşıdakı iki il ərzində Azərbaycanı və dünyanı nələrin gözlədiyindən yazacaq.

Şərq təqviminə görə 2011-ci il ağ dovşan ilidir. Bu illə ilkin tanışlıq zamanı biz qeyri-adi heç nəyə rast gəlməyəcəyik. Ağ dovşanın qayğısızlıq, dərdsizlik və optimist maskasının altında həyəcan gizlənir. Bu isə o deməkdir ki, 2011-ci il böyük eniş və yoxuşlar ilidir. Bu eniş və yoxuşun arası hərdən bir neçə gün çəkə bilər. 2011-ci il hadisələrindən möhkəm xarakterli, özlərinə inamlı və həssas məqamlarda sağlam mühakimə yürüdə bilən və mənfi əhval-ruhiyyənin öhdəsindən gələ bilən adamlar qabağa düşəcəklər. Astroloqlar deyirlər ki, 2011-ci ildə dovşanın əlamətlərinə uyğun hərəkət etmək lazımdır - həmişə vəziyyəti qiymətləndirmək, ehtiyatlı olmaq, gizlənmək üçün yer saxlamaq, bir sözlə, böyük risklərə girməmək.

Dünyanı nə gözləyir?

Bir enerji ölkəsi olaraq, bu il Azərbaycanı üç məsələ daha çox maraqlandırmalıdır. Bu isə enerji daşıyıcılarının qiymətləri və bununla bağlı mühüm layihələr, dünya iqtisadi böhranının başa çatması və İraq böhranının sonu. İqtisadçıların proqnozlarına görə, 2011-ci ildə enerji daşıyıcılarının qiymətində artım müşahidə ediləcək. Bunun başlıca səbəbi isə iqtisadi böhranın aradan qalxması və enerji daşıyıcılarına olan tələbatın artması səbəbindən qiymətlərin yenidən yüksəlməsidir.

Azərbaycan Avrasiyada gücə çevrilir

Bu il həm də enerji nəqli ilə bağlı layihələrin gerçəkləşəcəyi ildir. 21-ci əsrin qarşıdan gələn onilliyində Azərbaycanın Mərkəzi Avrasiyanın mühüm söz sahiblərindən biri olacağı barədə proqnozlar meydana çıxıb. Amerika alimi, enerji resurslarının regional idarəetməyə təsiri ilə bağlı uzun illər öz məsləhətlərini dünyanın aparıcı ölkələrinin siyasətçilərinə verən Robert Katler ölkəmizin yaxın gələcəyi ilə bağlı maraqlı proqnozlar verib. Massaçusets texnologiya institutunun və Miçiqan ştatının universitetinin məzunu, ABŞ, Kanada, Fransa, Rusiya və İsveçrənin bir sıra universitetlərinin müəllimi və elmi əməkdaşı olmuş, hazırda Avropa, Rusiya və Avrasiya Araşdırmalar İnstitutunun, həmçinin Kanadanın Karlton universitetinin elmi əməkdaşı olan Robert Katler Honkonqun «Asia Times» qəzetindəki məqaləsində Azərbaycanın Mərkəzi Avrasiyanın geosiyasi iqtisadiyyatının inkişafında energetika sahəsində uzaqgörənlik və ağıllı siyasət nümayiş etdirdiyini yazıb. ABŞ, Avropa Birliyi və Çinin maraqlarını özündə ehtiva edən yeni Avrasiya gücünün meydana gəldiyini ifadə edən Katler bildirib ki, ən vacib olanı Azərbaycanın yaxın aylar ərzində Avropaya böyük həcmdə qaz ixracını nəzərdə tutan, Avropa Birliyi tərəfindən dəstəklənən Nabukko layihəsi və Rusiyanın «Cənub axını» layihəsi arasında seçim etməsidir.

Avrasiyanın enerji sahəsində 2040-cı ilə qədər özünün mühüm rolunu oynayacağını proqnozlaşdıran alimin fikrincə, Azərbaycan enerji geoiqtisadiyyatının subyekti olmaqdan çıxaraq bu iqtisadiyyatın obyektinə çevrilməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan öz məqsədlərini vaxtilə onun qarşısına öz şəxsi məqsədlərini qoyanların qarşısında qoya bilər. Bunun üçünsə, ölkəmizin öz vasitələri və tərzləri yaranıb. Katlerə görə, bu məkanda Azərbaycan və Türkmənistan sözügedən vasitələrdən yararlanaraq, öz təbii resurslarına nəzarəti ələ alaraq, ixrac marşrutları və istehlakçılar üzərində nüfuz və güclərindən öz xeyirlərinə istifadə edə bilərlər. Həmin tendensiya hələ 2009-cu ilin sonlarında ön plana çıxmışdı. 2011 və ondan sonrakı illərdə isə bu tendensiyanın daha da güclənəcəyini gözləyə bilərik.

2011 Azərbaycana uğur vəd edir

2011-ci ildə Azərbaycan potensial idxalçılar olan Rusiya və Türkiyəyə enerji resurslarını satmağa davam edərək diversifikasiyasını həyata keçirəcək. Eyni zamanda Bolqarıstan və Rumıniyaya təbii qaz ixracı ilə bağlı yeni imkanlar da öyrəniləcək. «Nabukko və ya «Cənub axını»nın xeyrinə qərarını Bakı güman ki, 2011-ci ildə, ola bilsin, ilk kvartalda verəcək. Bəlkə də, o qədər də böyük olmayan Azərbaycan və Türkmənistan kimi ölkələrin Mərkəzi Avrasiyanın enerji geoiqtisadiyyatını öz nəzarəti altına alması qəribə görünür. Lakin bütün bunlar bir kompleks sistemin təbiətindən asılıdır. Belə bir sistemin mövcudluğuna görə, onların bundan sonra necə hərəkət edəcəklərini və hansı addımlar atacağını yazmaq və ya proqnozlaşdırmaq olmaz» - yazan Katler 2011-ci il və qarşıdan gələn növbəti onillikdə bu qəbildən olan yeni hadisələrin şahidi olacağımızı qeyd edib. Müəllifin fikrincə, Mərkəzi Avrasiyanın geoiqitsadiyyatının sütununu təşkil edən enerji sahəsində Azərbaycanla Türkmənistan bazis üçbucağının təpə nöqtələrini təşkil edirlər. Və bu təpə nöqtələr Mərkəzi Avrasiya geoiqtisadiyyatının enerji sistemində vacib rol oynayacaqlar.
«Onlar elə miqyasları əhatə edirlər ki, həmin miqyaslar məhz Mərkəzi Avrasiyanın geoiqtisadiyyatında özünəməxsus yer tutur. Artıq anlaşılır ki, ABŞ, Avropa Birliyi dövlətləri və Çin kimi nəhənglər nə üçün onların arasında itib-batacaq qədər kiçik olan Azərbaycana bu qədər böyük önəm və müstəqillik verirlər» - amerikalı alim deyib.

Enerji nəqli kəmərlərindən söhbət gedəndə, təbii ki, burada dünya iqtisadi böhranından qurtuluşa önəm vermək lazımdır. Çünki bu layihələri maliyyələşdirməyi öz üzərinə götürən iri maliyyəçilər böhran aradan qalxmayınca riskə getməyəcək. Bizim yolumuz isə yenə də açıqdır.

İqtisadi böhran və İraq problemi sona çatır

Nabukkonun potensial maliyyəçilərindən biri olan Avstriya maliyyəçilərindən xoş xəbərlər gəlməkdədir. Artıq Avstriyanın iri «Raiffeisen International» bank qrupunun idarə heyətinin sədri Herbert Ştepits alman qəzeti «Handelsblatt»a müsahibəsində deyib ki, Şərqi Avropa ölkələrində iqtisadi böhran 2011-ci ildə başa çatacaq. «Son illər ərzində ilk dəfə olaraq real iqtisadiyyatda normal şərtlər yalnız 2011-ci ildə geri qayıdacaq» - deyən bankirin fikrincə, ötən il ərzində möhkəm bazası və yenidən maliyyələşmənin normal imkanları olmayan kiçik banklar kifayət qədər zərər görüb. Lakin bu ildən etibarən həmin bankların vəziyyəti normallaşmağa doğru getməlidir. «Ən pis halda onları irimiqyaslı bank zərərləri gözləmir». Ştepitsin sözlərinə görə, Şərqi Avropa ölkələrinin problemləri təkcə Avstriya bankının təmsilçisinin mənafelərinə toxunmur, bu, həmçinin bütün Avropa, o cümlədən də iqtisadiyyatı bu regiona çox güclü şəkildə istiqamətlənmiş almanların mənafeyi baxımından da önəmlidir. «Raiffeisen International» qrupunun maliyyə vəziyyəti isə bankirin sözlərinə görə, hazırda tamamilə yaxşıdır və 2011-ci il ərzində belə olaraq qalacaq.

İqtisadi böhrandan qaçışı şərtləndirən, enerji qiymətlərinin normallaşmasını tənzimləyən əsas amillərdən biri də İraq böhranının aradan qalxması olacaq. ABŞ prezidenti Barak Obama verdiyi vədi yerinə yetirəcək və 2011-ci ildə ABŞ qoşunları İraqı tərk edəcək. Nəticədə İraq böhranının yaratdığı bir sıra qlobal problemlər aradan qalxmış olacaq. Beləcə, dünyadakı ölkələr, o cümlədən də, Azərbaycan enerji sahəsində öz təlatümləri ilə iz buraxmış İraq problemi hesabına itirdiyi zərərlərdən qurtulmuş olacaq.

Dünyanın mövcud olduğu sonuncu il

Buracan sadaladığımız pozitiv proqnozlardan sonra xatırlatmaq istəyirik ki, 2011-ci il həm də dünyanın mövcud olduğu sonuncu il sayılır. Dünya astronomları uzun hesablamalardan sonra o qənaətdədirlər ki, 2012-ci ildə dünyanın sonu gələcək. Odur ki, insan bəşəriyyətə verə biləcəyi hər şey üçün tələsməlidir. Bu il onun dünya tarixində sonuncu cəhdləri üçün şansdır. Bəs niyə çoxları hesab edirlər ki, 2011-ci il bəşəriyyətin sonuncu şansıdır?

Bunu günəş sistemində baş verməkdə olan proseslərlə əsaslandırırlar. Astronomların müşahidələrinə görə, Günəş dövrünün uzunluğu 11-12 il təşkil edir. Hər dövrün sonunda günəşin maksimum aktivliyi müşahidə edilir. Rus biofiziki Aleksandr Çijevski ilk dəfə olaraq günəşin aktivliyi və tarixin gedişi arasında əlaqəni müşahidə eləyib. 1905, 1917, 1928–29, 1991-ci illər günəşin maksimum fəal olduğu illərdir. Nəhayət, 2002-ci il dünya tarixində günəşin ən çox fəal olduğu il kimi astronomiya tarixinə düşüb. Bu gün isə günəş növbəti fəallıq mərhələsinə daxil olur. Günəşdə hər dəqiqə partlayışlar baş verir. Mütəxəssislər uzun vədəli kosmik sunamilər barədə danışırlar. Bütün bunlar qeyri-adi maqnit fırtınası əmələ gətirir. Günəş fəallığının pik həddi isə 2012-2013-cü illərdə olacaq.

"Maqnit qasırğası zəlzələyə səbəb ola bilər. Çünki maqnit dalğası zamanı Yerə böyük elektromaqnit enerjisi yığılır. Layların möhkəmliyinə təsir edən elektrik cərəyanları əmələ gəlir. Onlar Yerdəki suya təsir edərək onu hərəkətə gətirirlər”, deyə REA-nın müxbir üzvü Gennadi Sobolev izah edir.

Alimlər fikirləşirlər ki, Günəşin indiki fəallığı ancaq başlanğıcdır. Təbiətdə tarazlığın qorunması barədə düşünməyin əsl vaxtıdır. Layihələr çoxdur. Məsələn, Yeri Günəşdəki partlayışlardan qorumaq üçün geostasionar orbitdə xüsusi nəhəng parus, yaxud gözlənilən kataklizmlər barədə məlumat verən peyklər. Roskosmosun təqdim etdiyi "Arktika” layihəsinə görə, kosmik aparatlar 40 min kilometr hündürlükdən «havanın mətbəxi» adlandırılan Şimal qütbünü müşahidə edəcəklər.

Günəş fırtınasına çox az qalır

2013-cü ildə bütün dünyada elektrik enerjisinin tamamilə və ya qismən sönməsinə səbəb ola biləcək günəş fırtınası gözlənilir. Britaniya alimləri xəbərdar ediblər ki, Günəşdə adətən yüz ildə bir dəfə baş verən güclü fırtına olacaq. Fırtına öz maksimumuna 2012-ci ilin sonu 2013-cü ilin əvvəlində çatacaq.
NASA-nın hazırladığı məlumatda isə bildirilir ki, Günəşdə bu cür böyük maqnit enerjisi partlayışı Yerin böyük bir hissəsində xaos yaradacaq. Partlayış Yerdə geomaqnit fırtınası yarada bilər ki, bu da elektrik enerjisinin bir neçə saatlığa, günlüyə və aylığa sıradan çıxara bilər. Bundan əlavə təyyarələr uçmayacaq, ərzaq ehtiyatı azalacaq və bir neçə ay internetə girmək mümkün olmayacaq.

Ötən dəfə bu cür Günəş fırtınası 2003-cü ildə olub. O zaman bir neçə peyk sıradan çıxıb, İsveçin 3 şəhərində elektrik enerjisi olmayıb. Qəfil Günəş fırtınasını nüvə müharibəsi və ya Yerə asteroid düşməsi ilə müqayisə etmək olar. Qeydə alınmış Günəş fırtınalarından ən güclüsü 1859-cu ildə baş verib və britaniyalı astronomun adı ilə «Kerrinqton hadisəsi» adını alıb. O zaman Avropada və ABŞ-da teleqrafın işində problemlər yaranıb.
Alimlər sonun başlanğıcının gözəl olacağını vəd edirlər. 2012-ci ilin sonunda bütün Yerin üzərində parlaq və rəngarəng şimal şəfəqi saçacaq. Onu hətta gündüz də görmək mümkün olacaq. Sonra isə Hollivud trillerlərində olduğu kimi elektrik fişəngi və qığılcım topası guruldayır. Ancaq bundan daha dəhşətli.

Misli görünməmiş fəlakətlər gəlir

«Günəş alimlər üçün tapmaca dövrü olan uzunmüddətli hərəkətsizlikdən çıxandan sonra dünya elmi rahat nəfəs alır» - deyə Oksfordşir qraflığındakı Ruterford Epplton Laboratiriyasının əməkdaşı, professor Riçard Harrison bildirir. «Bir sıra alimlər o hipotezi irəli sürürlər ki, günəş tez soyuyur və Yer kürəsinin sakinləri yeni və misilsiz təbii fəlakətləri izləməyə hazırlaşırlar. Və budur, peyklər vasitəsilə Günəşin fəallığının təkrar olunması ilə bağlı məlumatlar alınıb. Hamı günəşin yeni fəallıq dövrünün başlanmasından danışır, hansı ki, pik 2012-ci ildə baş verəcək» - deyə professor Harrison məlumat verir.
Xatırladaq ki, 2009-cu ilin sentyabrında Amerikanın günəşin fəallaşmasını izləyən peyk sistemi GOES fəallaşmanın rentgen diapazonu üzrə baş verdiyini müşahidə edib. Nəticədə alimlər günəşdə növbəti fəallaşma burulğanının əlamətlərini ehtiva edən iki parlaq region tapıblar. Bu fakt göstərir ki, yeni proses qlobal xarakter daşıyır, parlaq regionlar eyni vaxtda görünür və demək olar ki, bir-birindən kifayət qədər aralıda yerləşirlər.
Alimlərin hesablamalarına görə, bu günəş fəallığının 24-cü dövrünün (dövrlər müşahidələrin başlandığı andan etibarən nömrələnir) sonuncu mərhələsidir. İlk oxşar cəhd 2009-cu ilin martında başlayıb. O vaxt Günəşin ulduzların fəallaşdığı Şimal qurşağında iki hissə əmələ gəlib. Bundan sonra ulduzlarda kiçik partlayış baş verib. Digər cəhd isə 2009-cu ilin iyununda olub və iki ay davam edib. Bu müddətdə Günəşin həm şimal, həm də cənub qurşağında fəallaşma qeyd olunub. Həmin vaxtda Günəşdə ən böyük və əsl partlayış məqamı qeyd olunub. Bu 11 dəqiqə davam edib və rentgen şkalasında S2,7 rəqəmini alıb. Bundan sonra günəş yenidən «sakitləşib», halbuki bu fəallaşma müşahidələrin aparıldığı son 160 il ərzində ən minimal fəallaşma olub.

Bu isə onu deməyə əsas verir ki, biz Günəşdə yeni nəhəng partlayışa, həmçinin bizə yaxın illərdə vəd edilən yeni fəlakətlərə hazırlaşırıq. Hər halda lokal fəlakətlər son dövrlərdə planetimizi izləməkdədir.

2012-ci il bizi məhv edəcək?

Günəşin növbəti fəallaşma dövrünü müşahidə etmək maraqlıdır. Alimlər güman edirdilər ki, bu fəallaşma ya 2010-da, ya da 2012-də olacaq. 2010-da bu, baş vermədiyi üçün, indi hamının nəzərləri 2012-yə dikilib. İndi alimlər həyəcanla qurşaqların dəyişməsini və iri elektromaqnit impulslarının bizi məhv etməsini gözləyir.
Günəş tarazlığını saxlayan girdə simmetrik qızmar plazma şarıdır. Öz ömrünü yaşamağa başlayanda günəşin ¾ hissəsini hidrogen təşkil edirdi. Sonra qravitasiya sıxılması səbəbindən temperatur və təzyiq artdı, özbaşına istilik-nüvə reaksiyaları baş verməyə başladı. Nəticədə isə hidrogen heliuma çevrildi. Bunun nəticəsi olaraq günəşin mərkəzində temperatur (15.000.000 º K) və onun dərinliklərində təzyiq ( 1,5x105 kq/m3) çox güclü şəkildə artdı. Günəşin hazırkı strukturu belə yaranıb.

Günəşdəki dəyişikliklər niyə insanların ölümünə səbəb olur?

Bu planetdə həyatın mövcudluğuna görə Günəşə minnətdar olmalıyıq. Çünki bütün canlı orqanizmlər günəşdən enerji alır və onun sayəsində mövcudluğunu qoruyur. Günəş auranı, şüuru, bədəni, ürəyi təmizləyir. Onun köməyi ilə insanların enerjisi artır. Günəşlə olan istənilən əlaqə insana müsbət enerji verir. Ona görə də min illər ərzində insanlar günəşə sitayiş etmişdilər. Günəşin insan həyatındakı rolunu öyrənən heliopsixologiya elmi əmindir ki, günəşin fəallaşması tshikli boşanmaların intensivləşməsi, silsilə qətllər, reklamların effektivliyi kimi məsələləri təyin edir. Tədqiqatlar göstərir ki, 11 illik günəşin fəallığı tshikli ümumiyyətlə ölümün əlamətlərini gətirir (aclıq, qətl, intihar, xəstəliklər).
Günəş öz-özlüyündə qatil deyil. Onun heç kəsə fiziki və mənəvi cəhətdən ölüm gətirmək qabiliyyəti yoxdur. Gələcəkdən xəbər verən böyük insanlar xəbərdar edirlər ki, yanlış davranışlar, yanlış fikirlər, nəzarətdən çıxan emosiyalar insan aurasının günəşlə harmonik əlaqəsini pozur. Hətta Dolça dövründə müqavimət mexanizmini zəiflədən, sərt kosmik radiasiyanın təsirini azaldan azacıq alkoqol belə günəşdəki partlayışlardan sonra insanın adi əsəb sisteminin pozğunluğu və beyin xəstəliklərindən ölməsinə gətirib çıxarır. Günəş partlayışlarından 3-4 gün sonra qan dövranı xəstəliklərindən ölənlərin və intihar edənlərin sayı artır.
Günəş heç də keçmişlərdə bizə deyildiyi kimi nəhəng ulduz deyil, materiyanın toplanma yeridir. Daxili yanma nəticəsində istilik və işıq verən, dərk edilməyən varlıqdır.
İnsan özünü dərk edəndən sonra aya və ulduzlara sitayiş eləyib. Bu dairədə günəşin avtoriteti daha böyük olub.

Bizi qoruyan yeganə vasitə məhv olacaq

Günəşin fəallaşması zamanı unikal özünübalanslama sistemi olan Ozon təbəqəsinin deşilmə intensivliyi də artır. Ozon təbəqəsinin məhvi elə Yerin məhvi deməkdir. Çünki Ozon təbəqəsi günəşin məhvedici şüalarından Yer kürəsini qoruyur. İnsan orqanizmi üçün öldürücü olan bir sıra maddələri tutub saxlayır. Günəşin partlaması nəticəsində günəş şüalarının sayı yüz dəfələrlə artır. Əgər Ozon təbəqəsi olmasa, bu şüalar Yeri dərhal yandırar. Alimlər bu fikirdədirlər ki, Ozon təbəqəsinin deşilməsi planetimizdə istiləşmə, buzlaqların əriməsi ilə müşayiət olunmaqdadır. Əgər Ozon deşikləri böyüsə, onda Yeri heç nə xilas etməyəcək. Tərslikdən, günəş partlamaları deşilməyə çox böyük «köməklik göstərir». Günəşin fəallaşma prosesi 2011-ci ilin oktyabrında yenidən baş verəcək və 2012-ci ilin avqustunadək davam edəcək. İstilik-nüvə partlaması isə günəşdə 2012-ci ilin 22 sentyabrında olacaq. Qaynar plazmanın od topalarının enerjisi güclü surətdə Yerə uçacaq və bütün elektrik stansiyalarını, transformatorları, enerji daşıyıcılarını məhv edəcək. Yer zülmətə qərq olacaq, yalnız hər yerdən şimal şəfəqləri görünəcək. Əvvəlcə çoxmərtəbəli binalar zərər görəcək. Güclü surətdə hər yerin işıqları sönəcək, köhnə su kəmərləri, kanalizasiya xətləri, neft və qaz kəmərləri partlayacaq.
NASA mütəxəssisləri hesab edirlər ki, kosmik havanın təhlükələri sosial və iqtisadi sahələrdə də özünü göstərəcək. Günəşin fəallaşmasını əks etdirən cədvəl isə onu göstərir ki, bu qlobal fəlakətlə nəticələnəcək. Hərfi mənada desək, dünyanın sonu olacaq. Bu isə o deməkdir ki, artıq bizə tanış olan planetlərin heç biri olmayacaq.

Günəşdən gələn siqnalları Hyustondakı kosmik tədqiqatlar mərkəzində də nəzərdən keçiriblər. Alimlərin fikrincə, insanların «əmri» bir neçə dəqiqə içərisində veriləcək. İstənilən müqavimət heç bir nəticə verməyəcək.

Araşdırmalara görə, günəşdə baş verən ilk partlayışdan sonrakı 90 dəqiqə ərzində ABŞ-dakı 300 əsas transformator sıradan çıxacaq ki, nəticədə 130 milyon adam işıqsız qalacaq. İçməli su gəlməyəcək, benzin kolonkaları işləməyəcək, neft-qaz nəqli dayanacaq. Muxtar enerji sistemləri ən çoxu 3 gün işləyəcək. Ərzaqların soyudulması və qorunması sistemi sıradan çıxacaq. Plazmanın enerjisi ən pis nəticələr verə bilər.

Qalaktikamızın xilasına sadəcə bir ümid var

NASA-nın direktorlarından biri, maqnitosfer üzrə mütəxəssis Ceyms Qrin bu fikirdədir ki, əgər hadisələr 1859-cu ilin payızındakı kimi olsa, onda Yer kürəsi məhv olmaya bilər.
Gənc ingilis astronomu Riçard Karrinqton isə qeyd edib ki, həmin vaxt, 150 il əvvəl göy cismi qeyri-adi ləkələrlə örtülmüşdü. Həmin ləkələr hətta optik cihazlar olmadan da aydın görünürdü. Həmin vaxt iki göz qamaşdırıcı şar qopmuş, sürətlə böyümüş, beş dəqiqə sonra isə yoxa çıxmışdı. 17 saatdan sonra Amerikanın gecəsi gündüzlə əvəz olunmuş, hər tərəf yaşıl və moruğu şəfəqlərlə işıqlanmışdı. Bunu başı üzərində Kuba, Yamayka, Havay adalarının sakinləri də müşahidə etmiş, belə bir şeylə heç vaxt rastlaşmadıqlarını bildirmişdilər. Həmin vaxt maqnitometrlər cığıldamış, teleqraf sistemi sıradan çıxmışdı. Aparatlardan qığılcım çıxmış, teleqrafçıları vurmuş və kağızları yandırmışdı.

Dünyanın sonunun astanasında nə etməli?

NASA mütəxəssisləri də bəyan edirlər ki, 2012-ci ilin payızında Günəşin fəallığı maksimum həddə çatacaq.

Son dövrlərdə baş verən təbii fəlakətləri, daşqınları, sunamiləri dünyanın çarxının dönməsi ilə izah edirlər. Astronomlar bizə öyrədiblər ki, yerdə suyun tarazlığını şərtləndirən başlıca amil Yerin təbii peyki Ayın vəziyyətidir. Əgər o, azacıq da olsa mövcud vəziyyətini dəyişsə, onda Yerdə tarazlıq pozulacaq. Müşahidələr isə son illərdə Ayın səthində dəyişikliklərin olduğunu göstərir. Yerdəki təlatümlərdən onun peykinə də pay düşür.

Günəş radiasiyası bütün canlıları məhv edəcək. İnsanları bunkerlər və bütün digər sığınacaqlar xilas etməyəcək. Nə etməli: özünüzü daxilən bu prosesə hazırlayın. Ürəyimizin səsinə qulaq asmalı, sevinc hiss etməli, özümüzü pozitiv şeylərə kökləməli, öz əhəmiyyətimizi dərk etməyə çalışmalı, öz enerjimizi artırmalı, xeyirxah olçalıyıq. Yaxınlarımizi düşünməli, onları başa düşməyə çalışmalıyıq...

Просмотров: 669 | Добавил: new-baki | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz