new-baki.clan.su
Меню сайта
Мини-чат
Наш опрос
Оцените мой сайт
Всего ответов: 24
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
MP3
Форма входа
Логин
Пароль
Главная » 2012 » Январь » 26 » 14 yaşında ana olmuş 14 uşaqlı xanım: "Yenə övlad istəyirəm"
11:57
14 yaşında ana olmuş 14 uşaqlı xanım: "Yenə övlad istəyirəm"

Məktəbə yollanmaq üçün mikroavtobus, hər şam yeməyi üçün 7 kiloqram kartof, paltaryuma maşınlarının qarşısına yığılan kiloqramlarla çirkli paltar...
 Bunlar 14 uşağın böyüdüyü ailənin gündəlik həyatının bəzi cizgiləridir.

 Milli.Az "The Daily Mirror"a istinadən bildirir ki, İngiltərənin Lankaşir qraflığındakı Morkemb şəhərində yaşayan Noel və Syu Redfordların 14 övladı var.
 Noelin dediyinə görə, kiçik çörək zavodları var və bunun hesabına qismən normal həyat sürürlər. Ailə 9-otaqlı evdə yaşayır.
 "Hər səhər saat 4-də duraraq işə yollanıram ki, sonradan uşaqları məktəbə aparmaq üçün vaxtında evə gələ bilim. Evə gələndən sonra uşaqları mikroavtobusa oturdub məktəbə aparıram", - Noel deyir.

 Syu isə deyir ki, şam yeməyinə şorba bişirmək üçün 7 kiloqram kartof, 30 yerkökü, 3 kələm və 4 kiloqram ətdən istifadə edir.
 "Çətin məsələ istirahətə yollanmağımızdır. Uşaqların, sadəcə, alt paltarlarının "təminatı" üçün 120 mayka və 60 tuman götürməli oluram. Ağırdır, bütün vaxtımızı uşaqlara sərf edirik. Lakin şikayətlənmirəm. Övladlarım Tanrının mənə verdiyi paydır və bu paya görə hər gün şükür edirəm. Onların hamısını ləyaqətlə böyütmək, yaxşı insan etmək fikrindəyəm", - 36 yaşlı Syu deyir.

 17 yaşında Noellə ailə həyatı qurmuş Syu hər il hamilə qalıb.
 Ailənin 14 övladları arasında yalnız 22 yaşlı böyük qardaş evdə deyil: yerdə qalan bacı-qardaşın hamısı ata-ananın yanındadır.
 Syunun ilk övladı, 22 yaşlı Kris doğulanda ananın 15 yaşı vardı.
 "14 yaşımda hamilə qaldım, Noellə birgə həyatımızın 3-cü ilində nikahımızı rəsmiləşdirdik", - Syu danışır.

 Daha sonra Sofi, Cek, Deniel, Maykl, Hloya, Lyuk, Milli, Keti, Ceyms, Elli, Emmi, Coş, Tilli anadan olublar.
 Noellə Syunun dediklərinə görə, yenə də övlad arzulayırlar.
 "Bəziləri bizi anlamır, "dəli" deyirlər. Lakin biz dəli yox, ailəmizi və Tanrını sevən insanlarıq", - Noel söyləyir.

Просмотров: 711 | Добавил: new-baki | Теги: 14 yaşında ana olmuş 14 uşaqlı xanı | Рейтинг: 0.0/0
Всего комментариев: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Код *:
saat
kohne yazilar
Acar sozler
Copyright MyCorp © 2024Создать бесплатный сайт с uCoz